Milli Qəhrəmanın bacısı Kəlbəcərə səfərindən danışdı – VİDEO

  • By admin
  • 04 Sentyabr 2021 20:10

Bir qrup Kəlbəcər sakini sentyabrın 2-də Kəlbəcər şəhərinə səfər edib.

 

Gununsesi.info  xəbər verir ki, onların arasında, Milli Qəhrəman Şahlar Şükürovun, Başlıbeldə şəhid olan 13 nəfərin ailə üzvləri və tunel faciəsinin şahidləri olan şəxslər var.

 

İşğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkmiş və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlər öz xatirələri və təəssüratlarını bölüşüb.

 

“Cənab Ali Baş Komandanın, Müzəffər Azərbaycan ordusunun sayəsində biz bu gün Kəlbəcərdəyik. Mən həm də ona görə sevincliyəm ki, Kəlbəcəri İkinci Qarabağ müharibəsində şəhid vermədən aldıq. Əgər müharibə olsaydı, Kəlbəcərdə hazırda olan şəhidlərimizin sayı qədər şəhid verərdik. Bu gün sevincimizin həddi-hüdudu yoxdur”, – deyə Kəlbəcərə səfər etmiş Milli Qəhrəman Şahlar Şükürovun bacısı Elmira Şükürova deyib.

VIDEO

Gununsesi.info