Cəlilabadda “Niva” aşıb, ölən və yaralananlar var

  • By admin
  • 22 Avqust 2021 17:57

Cəlilabadda ağır yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonun Babalı kənd sakini Əzizov Xəqani Mehdi oğlu idarə etdiyi “Niva” markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər – İntiqam Maqsudov və Bəhruz Maqsudov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info