Milli Məclisdə ilin sonuncu iclasının tarixi

Milli Məclisin payız sessiyası çərçivəsində son iclasının tarixi məlum olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib.

 

Milli Məclisin payız sessiyası çərçivəsində son iclası 30 dekabrda olacaq.

 

***

 

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası dekabrın 30-da baş tutacaq.

 

Gununsesi.info  xəbər verir ki, iclasda Milli Məclisin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciəti gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

 

 

Gununsesi.info