“Müxalifətin parlamentdə təmsil olunmaq potensialı yetərincədir”

“Müxalifətin parlamentdə təmsil olunmaq potensialı yetərincədir”

“Xalqın siyasi fəallığının kəskin surətdə yüksəlməsi müşahidə edilmir”.

“Azad, ədalətli və demokratik seçki şəraitində Azərbaycan müxalifətinin yetəri qədər seçici səsini alıb parlamentdə təmsil olunmaq potensialı var”.

Gununsesi.org-un məlumaına görə, bunu Moderator.az-a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, sadəcə, mövcud seçki mühiti bu potensialı ortaya çıxarmağa imkan vermir:

“Hazırda seçki mühiti bu cür seçkilərin keçirilməsinə imkan vermədiyi üçün bu seçkilərdə müxalifətin tutduğu yer onun potensialını əks etdirməyəcək. Yəni müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür.

Bu vəziyyəti kompensasiya edəcək amil kütlələrin siyasi fəallığının kəskin surətdə yüksəlməsi ola bilər. Bu isə hal-hazırda müşahidə olunmur”.

Gununsesi.org

COMMENTS