Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib.
Gununsesi.org xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.
Bakı şəhəri, Nəsimi rayonunda (“3-cü mikrorayon bazarı”nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğın söndürən maşını cəlb olunub.
Bunu isə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.
O bildirib ki, yanğın bazarın bir hissəsində qeydə alınıb.
Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır.
Gununsesi.org
COMMENTS