“Prezident Donald Tramp ABŞ-ı yenidən dünyanın bəlasına çevirdi”.
Gununsesi.org Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi deyib.
Vanq Tramp adminstrasiyasının bir sıra beynəlxalq müqavilələrdən çıxmasını sərt şəkildə tənqid edib:
“Vaşinqtonun beynəlxalq sazişlərdən geri çəkilməsi beynəlxalq ictimaiyyətə çox sayda problem yaratdı. Amerikanı dünyanın bəlasına çevirdi”.
Vanq ABŞ-ın Çinlə münasibətlərinə ciddi zərər verdiyini də diqqətə çatdırıb:
“ABŞ-la qarşıdurmaları və mübahisələri dialoq yolu ilə həll etməyə həvəs göstəririk. Lakin təktərəfli sanksiyalar və təzyiqləri heç vaxt qəbul etməyəcəyik”.
COMMENTS