
Rusiyanın Perm diyarının Sars kəndindəki məktəbdə şagird odlu silahdan atəş açıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Perm diyarının Sars kəndində şagird odlu silahla məktəbə gəldi. Tavana bir dəfə atəş açmağı bacardı. Hadisə zamanı məktəbdə yalnız gözətçi vardı. Xəsarət almayıb”, – mənbə bildirib.
Məktəbli saxlanılıb. Onun hərəkətinin səbəbi aydınlaşdırılır. Atəşin hansı silahdan atıldığı da müəyyən edilir.
Məlumat Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi tərəfindən təsdiqlənib.
Gununsesi.info