Pasportu olmayanlar toya gəldi, ev sahibi cərimələndi

  • By admin
  • 16 Oktyabr 2021 12:52

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya  verilən məlumata görə, Ləkçıplaq kəndində Müşviq Daşdəmirova məxsus evin həyətində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də iştirakçılardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar M.Daşdəmirov barəsində inzibati tənbeh tədbiri görülüb.

Gununsesi.info