Maskasını çıxaran sərnişin ortalığı qarışdırdı- VİDEO

Maskasını çıxaran sərnişin ortalığı qarışdırdı

Türkiyədə metroya mindikdən sonra maskasını çıxardığı iddia edilən qadına digər sərnişinlər reaksiya göstərib. 
Gununsesi.org xəbər verir ki, koronavirusla mübarizə çərçivəsində maskasız küçəyə çıxmanın qadağan olduğu Ankarada bir metroda sərnişinlər arasında maska mübahisəsi yaşanıb.
İddiaya görə, metroya minən bir qadın yerinə oturduqdan sonra maskasını çıxarıb. Bundan sonra digər sərnişinlər qadına maskasını taxmağı xəbərdarlıq edib. Ancaq qadın heç kimə məhəl qoymadığı üçün vaqon içərisində gərginlik yaşanıb.
Yaşanan mübahisə səbəbi ilə vaqon dayandırılıb və metronun təhlükəsizlik əməkdaşlarına xəbər verilib. Bir müddət davam edən qarşılıqlı mübahisələrdən sonra sözügedən qadın vaqondan endirilib.

COMMENTS