Gənc futbolçu Ronaldonun rekordunu yenilədi

Gənc futbolçu Ronaldonun rekordunu yenilədi

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Joelson Fernandes İtaliya “Yuventus”unda çıxış edən Kristiano Ronaldonun rekordunu yeniləyib.

Gununsesi.org xəbər verir ki, hücumçu buna Portuqaliya çempionatının 29-cu turunda “Jil Visente” ilə matçda nail olub. Fernandes 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib.

Ronaldo isə “Sportinq”də İtaliya “İnter”inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb.

Qeyd edək ki, Ronaldo “Sportinq”də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə “Mançester Yunayted”ə keçib.

 

 

Gununsesi.org

COMMENTS