Dünyanın ən varlı adamının sərvəti iqtisadi tənəzzül dövründə də yüksəlməkdə davam edir

Dünyanın ən varlı adamının sərvəti iqtisadi tənəzzül dövründə də yüksəlməkdə davam edir

“Amazon” şirkətinin sahibi Ceff Bezosun sərvəti tarixi rekordu yeniləyərək, 171.6 milyard dollara çatıb.

Gununsesi.org bildirir ki, “France Presse” (AFP) agentliyi bu barədə “Bloomberg Billionaires Index”in hazırladığı reytinqə istinadən xəbər yayıb.

Beləliklə, 4 sentyabr 2018-ci il tarixində müəyyən edilmiş 167.7 milyard dollarlıq əvvəlki rekord yenilənib.

Agentlik qeyd edir ki, yeni rekord “Amazon”un səhmlərinin qiymətindəki artım sayəsində mümkün olub.

Gununsesi.org

COMMENTS