Braziliyada 9 il boyunca uşaq yolu gözləyən cütlüyün əkiz uşaqları itləri tərəfindən parçalanaraq öldürülüb.
Gununsesi.org xəbər verir ki, Braziliyanın Piripa bölgəsində 29 yaşlı ana qonşu ilə söhbət edərkən evlərində saxladıqları it 26 günlük əkiz uşaqları parçalayıb.
Evdən gələn ağlama səslərindən sonra qadının evə qaçdığı, ancaq uşaqları xilas edə bilmədiyi bildirilib. Baş verən hadisədən sonra əkizlərin xəstəxanaya aparıldığı, ancaq müdaxilələrə baxmayaraq həyatlarını itirdiyi ifadə edilib.
Gununsesi.org
COMMENTS