ABŞ Prezidenti Donald Tramp ölkədə COVID-19-la bağlı aşkarlanan yeni hallarda artımın müşahidə olunmasını dünyada ən yaxşı test işlərinin aparılması ilə əlaqələndirib.
Gununsesi.org bildirir ki, Gazeta.ru-nun məlumatına görə, bu barədə ABŞ dövlət başçısı “Twitter” hesabında yazıb.
“Bizim testləşdirmə işlərimiz elə böyük miqyasdadır ki, dünyadakı istənilən ölkədən daha yaxşıdır”, – deyə D.Tramp bildirib.
Onun sözlərinə görə, ölkədə ölüm səviyyəsinin azalması da yaxşı xəbərdir.
Gununsesi.org
COMMENTS