
Zaqatala sakini idarə etməni itirib və maşını ağaca çırpıb. Nəticədə ağır yol nəqliyyat hadisəsinə səbəb olub.
Gununsesi.info-nun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Zaqatala şəhər sakini Rəsul Aydın oğlu Duxiyev maşınla hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Rəsul Duxiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info