
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə təxminən 200 m² sahədə təkər tullantıları və qismən ağaclar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info