İsrail 2024-cü ildə müdafiə xərclərini artıracaq

  • By ilhame
  • 26 Dekabr 2023 21:28

İsrail HƏMAS hərəkatı ilə davam edən münaqişə səbəbindən 2024-cü ildə milli müdafiə xərclərini 30 milyard şekel (8,3 milyard dollar) artırmaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilir ki, əlavə 10 milyard dollar da hərbi əməliyyatlarla bağlı olan digər xərclərə xərclənəcək. Bildirilir ki, İsrailin şimal və cənubundakı sərhəd bölgələrindən 120 minə yaxın insanın təxliyəsi, həmçinin dağılmış ərazilərin bərpası üçün vəsait lazım olacaq.

Gununsesi.info