
Hindistanın paytaxtı Yeni Dehlidə İsrail səfirliyi yaxınlığında partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İsrail Xarici İşlər Nazirliyi partlayış nəticəsində səfirlik əməkdaşlarından xəsarət alan olmadığını bildirib.
İsrail tərəfi insidentin araşdırılmasında hindistanlı həmkarları ilə əməkdaşlıq edir.
Gununsesi.info