Fatih Terimin yeni klubu rəsmən açıqlandı

  • By ilhame
  • 26 Dekabr 2023 22:35

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimin yeni iş yeri bəlli olub.

 

Gununsesi.info xəbər verir ki, təcrübəli mütəxəssis Yunanıstanın “Panatinaikos” klubu ilə anlaşıb.

Klubunun yaydığı məlumata görə, tərəflər arasında 1,5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, “İmperator” son olaraq 2021/2022 mövsümündə “Qalatasaray”ı çalışdırıb.

Gununsesi.info