“Kanal 13”-ün daha iki əməkdaşına cinayət işi başlanıb

  • By admin
  • 27 Dekabr 2023 00:23

Kanal 13″ İnternet TV-nin daha iki əməkdaşına Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə cinayət işi açılıb.

Gununsesi.info bildirir ki, bunlardan biri əvvəllər adıçəkilən media quruluşu ilə əməkdaşlıq edən Şamo Emin və hazırda inzibati həbsdə olan Rüfət Muradlıdır.

Xatırladaq ki, kanalın rəhbəri Əziz Orucov da eyni ittihamla hazırda həbsdədir.

Gununsesi.info