Paşinyan Sankt-Peterburqa gedir

Dekabrın 26-27-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistanın News.am saytının müxbirinə müsahibəsində baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Armen Xaçatryan bildirib.

HTML tutorial

“Ermənistan, Rusiya və Azərbaycan liderlərinin ikitərəfli və ya üçtərəfli görüşü planlaşdırılırmı” sualına cavab olaraq Xaçatryan deyib: “Hələlik belə bir gündəm yoxdur”.

Gununsesi.info