
Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fotosunu paylaşıb və türkcə bir neçə cümlə yazıb.
Gununsesi.info xəbər verir ki, liderlər İndoneziyada gerçəkləşən “G-20” zirvə toplantısı çərçivəsində bir araya gəliblər.
Ayaqüstü söhbətdən sonra Fransa prezidenti özünün “Tvitter” hesabında Türkiyənin dövlət başçısının Rusiya-Ukrayna müharibəsi, eləcə də mövcud taxıl böhranının həllindəki roluna diqqət çəkib.
Emmanuel Makron paylaşımında bu istiqamətdə ölkəsinin Türkiyə ilə birgə işləyəcəyini vurğulayıb:
“Ukraynadakı müharibə dünyada aclıq risklərini artırır. Türkiyə və Fransa ixracın maneəsiz davam etməsi üçün işlərini davam etdirəcək”.