
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı Nikol Paşinyana çağırış edib.
A. Blinken bu barədə öz “Twitter” hesabında paylaşım edib.
“Mən baş nazir Paşinyanı noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin danışıqlarından sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının impulsunu saxlamağa çağırdım. Birləşmiş Ştatlar bu istiqamətdə səylərini davam etdirir”, – deyə paylaşımda qeyd edib.
Gununsesi.info