
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyi qarşısında tələb qoyub.
Gununsesi.info-nun əldə etdiyi xəbər görə, nazir yol-hərəkəti qaydalarının pozuntusu ilə bağlı tətbiq olunmuş inzibati protokollara görə ödənilməmiş cərimələrin ilin sonunadək ödənilməsi üçün BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalova xüsusi tapşırıq verib.
Buna səbəb isə Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə ödənilməmiş 4 milyona yaxın cərimə protokollarının yığılıb-qalmasıdır.
Məlumata görə, artıq Yol-Patrux Xidmətinə də xüsusi tapşırıq verilib.
Qarşıdakı günlərdə YPX-nın xüsusi reydləri gözlənilir.
Elmar Elnuroğlu
Gununsesi.info