
Badamdarda qaraçılar arasında kütləvi dava ilə bağlı araşdırma başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.
Bildirilib ki, baş vermiş hadisə ilə bağlı polisə müraciət daxil olmayıb:
“Lakin yayılmış görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb”.
09:22
Bakıda bir qrup şəxsin kütləvi davası qeydə alınıb.
Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.
Hadisə Badamdar qəsəbəsində yerləşən maşın bazarında baş verib. Qadın və uşaqlardan ibarət qaraçılar bir-biri ilə əlbəyaxa davaya çıxıblar.
Görüntüləri olduğu kimi təqdim edirik:
Gununsesi.info