Mahir Emreli “Dinamo”nun heyətində derbidə oynadı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Dinamo” (Zaqreb) komandasının heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, 25 yaşlı hücumçu 27-ci turun mərkəzi oyununda “Hayduk”a qarşı meydana çıxıb.

Split şəhərindəki “Polyud” stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb – 0:0.

Start heyətində yer alan Emreli 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

Gununsesi.info