Azərbaycanda medianın durumuna ekspert baxışı

  • By admin
  • 03 May 2023 14:01

Bu gün dünyada Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd olunur.  Bu ərəfədə Sərhədsiz Reportyorlar Təşkilatı dünyada media azadlığı indeksini açıqlayıb.

Azərbaycan siyahıda ən sonuncu yerlərdən birini tutub. Ölkəmiz media azadlığının vəziyyətinə görə, Əfqanıstanla Pakistan arasında qərarlaşıb.

HTML tutorial

Media hüquqları ilə məşğul olan Xalid Ağalıyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda media azadlığının durumunun mənfi olmasını söyləmək üçün ciddi əsaslar var: “Azərbaycanda medianın və jurnalistlərin fəaliyyətinin qənaətbəxş olmadığını göstərən kifayyət qədər əsaslar var. Burada ilk növbədə cinayət qanunvericiliyində böhtan və təhqirlə bağlı cinayət məsuliyyətinin qalmasıdır. Bu hallarla bağlı çoxsaylı həbslər var. Jurnalistlərin xeyrinə olan qanunlar praktikada işləmir. Yeni Media qanununda medianın fəaliyyətini əngəlləyən müddəalar var. Avropa Şurası ölkələri ilə müqayisədə bu qanun ən sərt qanundur”.

Media hüququ üzrə tanınmış vəkil Elçin Sadıqov da  bildirir ki, Azərbaycanın adının Pakistan və Əfqanıstanla bir arada çəkilməsi onu təəccübləndirməyib:

Azərbaycanın Pakistanla Əfqanıstan arasında qərarlaşması mətbuatın  reallığını  əks etdirir. Mətbuatla bağlı durum həqiqətən çox acınacaqlı bir vəziyyətdədir.” Media haqqında” qanun müdafiə azadlığını boğmağa yönəlmiş bir qanundur. Hesab edirəm ki, bu qanunun təsiri nəticəsində hökumət bütün mətbuatı idarə etmək və daim təhdid altında saxlamaq, reyestrdən çıxarma təhlükəsi, ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək imkanı əldə edib.

Bu gün həbsdə olan jurnalistlər var.

Hansı ki, onlar ifadə azadlığına görə  həbs olunublar və  hələ də həbsdədirlər. 

Azərbaycan əgər medianın azadlığını inkişaf etməyini istəyirsə, “Media haqqında” qanunda mühüm düzəlişlər etməlidir. Həbsdə olan jurnalistləri azad etməlidir, ifadə azadlığına görə jurnalistlər təqib edilməməlidir. Eyni zamanda diffamasiya qanunu da qəbul olunmalıdır”.

 

Şəbnəm 

Gununsesi.info