Məşhur üçlüyün milyonlarla insanı yox etdiyi gündür

  • By admin
  • 27 Noyabr 2022 11:22

1932-1933-cü illərin Qolodomor qurbanlarının anım günüdür.

Gununsesi.info xatırladır ki, Qolodomor (Süni aclıq) SSRİ-nin bəzi bölgələrində əmri Stalin tərəfindən verilmiş əhalinin mütəşəkkil kütləvi qırğınıdır.

 

Qolodomordan sonra əhalinin sayı belə azaldı:

Ukraynada – 20,5%;

Şimali Qafqazda – 20,4%;

Volqa bölgəsində – 23%,

Qazaxıstanda – 30,9%.

Qolodomor qurbanlarının sayının 9,4 milyon olduğu təxmin edilir. Ukraynada 4 milyon, Rusiyada 2,5 milyon, Qazaxıstanda 1,5 milyon, Belarusda isə 1,5 milyon qırılıb.

Sovet İttifaqı Qolodomorla aşağıdakı vəzifələri həll etdi:

kiçik sahibkarları məhv etdi;

kənd təsərrüfatının zorla kollektivləşdirilməsini həyata keçirdi;

ölkənin sürətli sənayeləşməsi üçün kəndliləri kənddən sıxışdıaraq fəhlə ordusu yaratdı.

Dünyanın heç bir yerində, heç vaxt insanlar bu şəkildə qətlə yetirmədilər.

Soyqırımın təşkilatçılarından heç biri mühakimə olunmadı, cəzalandırılmadı.

Aşağıdakı fotoda  Qolodomorun təşkilatçıları-  Lazar Kaganoviç, İosif Stalin, Pavel Postışev əks olunub.

Şəkil 1934-cü ilin yanvarında – milyonlarla insanın qətlə yetirilməsindən dərhal sonra çəkilib.

Günay

Gununsesi.info