
Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan liderlərinin toplantısı müzakirə olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini – xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 27-28 noyabr tarixində Türkiyədə səfərdə olacaq.
Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə toplantısına ilkin hazırlıq işləri müzakirə olunacaq.
Gununsesi.info