Milyardlar xərcləyib obyekt tikəsən və onu saxlamaq üçün hər ay milyonlar xərcləyəsən - EKSPERT

“2023-cü ildə dövlət büdcəsindən Şahdağ Turizm Mərkəzinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat ayrılacaq”.

Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.

Ekspert xatırladıb ki, 2007-2015-ci illərdə bu Kompleksin infrastrukturunun tikintisinə 1.1 milyard manat məbləğində vəsait xərclənib:
“Bundan başqa 2017-ci ildən başlayaraq adıçəkilən kompleksin xərclərinin bir hissəsinin örtülməsi üçün hər il təxminən 12 milyon manat ayrılır. 2023-cü il də daxil olmaqla bu məqsəd üçün indiyədək 90 milyon manat xərclənib. Milyardlar xərcləyib obyekt tikəsən və onu saxlamaq üçün hər ay milyonlar xərcləyəsən. Hamısı havayı neft pullarının fəsadlarıdır”.

Gununsesi.info