Məşhur jurnalist xəstəxanaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR

Azərbaycanın tanınmış qələm sahiblərindən biri olan Xanoğlan Əhmədov koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info-nun xəbərinə görə, pandemiyaya yoluxan jurnalist ilk günlər buna əhəmiyyət vermədiyindən vəziyyəti kəskin pisləşib.
Həmkarı Elçin Zahiroğlu bildirib ki, Xanoğlan Əhmədovun vəziyyəti yaxşı deyil:
“Xəstələnməsini 2-3 gün əvvəl fb statusundan bildim, zəng elədim, səsi çox pis gəlirdi, çətin nəfəs alırdı. Müalicəyə gec başladı, xəstəxanaya dünən yerləşə bildi. KT cavablarına görə ciyərinin 75 faizi “buzlu şüşə”di. Bu, xəstəliyin ağır dərəcəsi sayılır”.

Gununsesi.info