
Dekabrın 14-də, saat 00:00-dan etibarən Azərbaycan ərazisində ciddi karantin rejimi tətbiq olunacaq, bir çox rayona giriş-çıxış bağlanacaq.
Sərtləşmiş karantin dövründə respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin Bakıya qayıtmaları necə olacaq?
Gununsesi.info bildirir ki,DİN-in mətbuat xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq, Bakı qeydiyyatlı şəxslərin Bakıya qayıtmalarına icazə var:
“Respublikanın digər şəhər və rayonlarına getmiş Bakı şəhərində daimi qeydiyyatda olan şəxslər fərdi avtomobilləri ilə, avtomobili olmayanlar isə hər bir rayonun (şəhərin) hüdudunadək taksilərdən istifadə etməklə paytaxta qayıda bilərlər”.