
Narkotik istifadə etdiyi iddia olunan yeniyetmənin kimliyi məlum olub.
Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, sosial şəbəkələrdə görüntüləri yayılan yeniyetmənin adı Ruslandır:
“Ruslan komitə tərəfindən iki dəfə müalicə müəssisəsinə yerləşdirilib. Müalicə dövrü bitdikdən sonra ailəsinə təhvil verilib. Görünür, müəssisədən çıxandan sonra yenidən narkotik istifadəsinə davam edir. Hazırda polis Ruslanın yerinin müəyyən edilməsi istiqamətində iş aparır. Əvvəllər bəlli bir yerdə – Nizami metrosu ətrafında olurdu. İndi isə yerini dəyişdiyi görünür. Polis onu tapan kimi yenidən müalicə müəssisəsinə yerləşdirməyə cəhd edəcəyik”.
19:29
Sosial şəbəkələrdə Bakı küçələrinin birində yol kənarında halsız vəziyyətdə olan məktəblinin görüntüləri yayılıb.
Gununsesi.info xəbər verir ki, görüntülərdə azyaşlı oğlanın qəribə hərəkətlər etdiyi əks olunub.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu ilə əlaqə saxladıq.
Xidmət rəhbərinin sözlərinə görə, qurum hazırda məsələ ilə məşğuldur, onun yeri müəyyən olunur və polisə də bu haqda məlumat verilib.
Gununsesi.info