“Mən dərin dövləti məhv edəcəm” -Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə yenidən vəzifəyə başlayarsa dövləti tamamilə məhv edəcəyini və hazırki prezident Co Baydenə qarşı cinayət ittihamları ilə çıxacağını bəyan edib.

Gununsesi.info xəbərinə görə, Tramp hakim qarşısına çıxdıqdan sonra Nyu Cersidə tərəfdarları ilə görüşündə bildirib.

HTML tutorial

“ABŞ tarixinin ən korrupsiyalaşmış prezidenti Bayden və ailəsinə xüsusi prokuror təyin edəcəyəm”

“Mən dərin dövləti tamamilə məhv edəcəm”

O, çıxışında ölkənin seçki və siyasətinə xələl gətirəni şəxslərə də cavab verəcəyinə işarə edib.

“Yenidən seçildiyim zaman başqa çarəmiz qalmayacaq. Dərin dövləti tamamilə məhv edəcəyəm”

Tramp ona qarşı aparılan təhqiqatları “ölkə tarixindəki ən iyrənc və ən pis təqib” adlandırıb və onların “siyasi motivli” olduğunu iddia edib.

Ona qarşı irəli sürülən ittihamların diqqəti “Bayden ailəsinə qarşı rüşvət iddialarından” yayındırmaq məqsədi daşıdığını iddia edir.

“Diqqəti casusluqdan və əsl cinayətlərdən yayındırmaq istəyirlər. Gəlin Trampı günahlandıraq ki, 5 milyon dollarlıq rüşvətdən danışmasın”.

Donald Tramp xüsusi səlahiyyətli ekspert kimi təyin edilmiş keçmiş baş prokuror Cek Smitə qarşı aparılan istintaqı “yarmaz” və “qeyri-sabit” kimi adlandırıb.

Bildiyimiz kimi, Tramp aprel ayında Nyu Yorkda ilk dəfə dövlət əsaslı cinayət ittihamı ilə çıxış edərkən, dünən federal əsasda ittihamlarla “ikinci dəfə hakim qarşısına çıxan ilk eks-prezident” kimi tarixə düşüb.

Keçən həftə açıqlanan 49 səhifəlik ittihamnamədə Tramp Ağ Evdən çıxarkən özü ilə məxfi sənədlər götürməkdə və bununla bağlı federal araşdırmalara mane olmaqda ittiham olunub.

O, məxfi dövlət sənədlərinin gizlədilməsi ilə bağlı ittihamları “absurd və əsassız” adlandırıb:

“Onlar aldadırlar. Onlar fırıldaqçıdır, korrupsionerdir. Bu cinayətkarları mükafatlandırmaq olmaz, onları məğlub etmək lazımdır”.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info