Məktəb yaxınlığında satılan toyuq dönərindən 18 nəfər zəhərləndi

  • By resul
  • 19 Sentyabr 2023 09:31
dönər

Türkiyədə tyuq dönərindən kütləvizəhərlənmə olub.

Gununsesi.info lent.az-a istinadən bildirir ki, hadisə Bartın vilayətindəki orta məktəb binasının yanındakı restorandan birində baş verib.

Naharda toyuq dönəri yeyən 10-u tələbə olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan 7 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.

Zəhərlənənlər arasında olan hamilə qadının xəstəxanada müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.