İraqda hava limanına hücum nəticəsində 6 nəfər ölüb

  • By ilhame
  • 18 Sentyabr 2023 22:26

İraqın Süleymaniyyə şəhərində hava limanına edilən hücumda 6 nəfər həlak olub.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Zərbə vilayətin inzibati mərkəzi – Süleymaniyyə şəhərinin cənub-şərqindəki Arbat hərbi aerodromuna endirilib.

Hücum PUA vasitəsilə həyata keçirilib. Hadisə yerinə 10 təcili tibbi yardım maşını göndərilib.

 

Gununsesi.info