Ukrayna Avropa İttifaqına üzv olmaq üçün qanunun aliliyi və insan hüquqları prinsipinə əməl etməlidir

“Kiyev Rusiya ilə müharibəyə son qoymaq üçün danışıqlara razılaşsa belə, Avropa İttifaqı Ukraynanın ittifaqa daxil olması prosedurunu sadələşdirməyəcək”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Avropa komissarı Tyerri Breton Sud France nəşrinə müsahibəsində bildirib.

” Tezləşmək üçün Ukraynaya hər bir şeyi mümkün qədər edəcəyik, əlbəttə ki, bütün mərhələləri buraxmadan”.

Breton qeyd edib ki, Aİ-yə daxil olmaq uzun prosesdir və bu prosesdə namizəd ölkə müəyyən edilmiş tələblərə uyğun olaraq öz infrastrukturunu dəyişdirməli və bir sıra digər tədbirlər də görməlidir.

Avropa komissarının fikrincə, blok silah istehsalının artırılması və Rusiya ilə Ukrayna arasında hərbi paritetin təmin edilməsi kimi digər tədbirlər vasitəsilə müharibəni dayandırmaq üçün danışıqların başlanmasını asanlaşdırmalıdır.

“Danışıqların başlaması üçün biz Ukraynaya lazımi anda dialoqa qərar verə bilməsi üçün imkanlar verməliyik”.

O, bildirib ki, Aİ-yə daxil olmaq üçün Ukrayna qanunun aliliyi və insan hüquqları prinsipinə əməl olunması üçün bütün zəruri tələbləri yerinə yetirməli, həmçinin daxili bazarın inkişafı ilə fəal məşğul olmalıdır.

Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhelyi bildirib ki, Ukrayna Konstitusiya Məhkəməsinin islahatını davam etdirməli, aktivlərin bəyannaməsi sistemini bərpa etməli və artıq qəbul olunmuş antikorrupsiya dövlət proqramını həyata keçirməlidir.

AK rəhbəri Ursula fon der Leyen qeyd edib ki, 20-30 ildən sonra Avropa İttifaqını Ukrayna və onun tərkibində Balkan ölkələri olmadan təsəvvür etmək mümkün deyil. O, həmçinin bildirib ki, Brüssel artıq bir neçə sektorda Ukraynanın Aİ-nin vahid bazarına ilkin inteqrasiyası istiqamətində addımlar atıb.

Qeyd edək ki, Ukraynadan başqa, Türkiyə, Serbiya, Albaniya, Moldova, Şimali Makedoniya və Monteneqro Aİ üzvlüyünə rəsmi namizədlərdir.

Ukrayna Aİ-yə namizəd statusunu 2022-ci ilin iyununda alıb.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info