Ötən həftə COVID-19 testi müsbət çıxan Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti Leonid Fedun ailə üzvlərini də koronavirusa yoluxdurub.
Gununsesi.org İş adamı bu barədə “RİA Novosti” agentliyinə verdiyi açıqlamada bildirib.
“Ailəm də mənimlə birgə xəstələnib, hər şey sürətlə inkişaf edir. Risklər var”, – deyə L.Fedun qeyd edib.
Moskvanın “Spartak” futbol klubunun sahibi əlavə edib ki, infeksiyanı real qəbul etmək və qorunmaq lazımdır.
Gununsesi.org
COMMENTS