Çörək bahalaşdı: azərbaycanlılar etirazlara qalxdı(VİDEO)

Çörək bahalaşdı: azərbaycanlılar etirazlara qalxdı

İranda çörək və digər ərzaq məhsullarının qiyməti bahalaşıb. 

Gununsesi.org Demokrat.az-a istinadla xəbər verir ki, Təbrizdə yaşayan soydaşlarımız qiymətlərin bahalaşmasına etiraz edirlər.

Soydaşlarımız deyir ki, koronavirusla bağlı tətbiq edilən karantin rejimindən sui-istifadə edən İran hakimiyyəti çörəyin qiymətini qaldırıb.

Təbriz sakinlərinin sözlərinə görə, çörəyin qiyməti qaldırılsa da, ancaq çəkisində heç bir dəyişiklik edilməyib.

Soydaşlarımız qiymət artımına görə etiraz edərək İran hakimiyyətini günahlandırır.

Qeyd edək ki, İran və digər qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda koronavirusla bağlı tətbiq edilən karantin rejimi dövründə heç bir bahalaşma müşahidə olunmayıb.

Gununsesi.org

COMMENTS