
Hindistanda qeyri-adi heyvan doğulub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, görənlərin böyük maraqla qarşıladığı heyvanın alnında tək gözü var.
Buzov balasını görməyə çalışanların sayı artdığı üçün onun yeri dəyişdirilib.
Mütəxəssislərlə görə, mutasiya ilə doğulan buzov balasının bu durumu onun genetik problemlərindən qaynaqlanır.

Heyvanın “müqəddəs” olduğunu düşünənlər buzov axırına axın ediblər.
Təkgözlü buzovun fotoları böyük maraqla qarşılanıb.
Heyvanın sağlamlıq durumu ilə bağlı bir məlumat verilməyib.
Tərcümə: Arzu Sayadoğlu