“Kurtlar Vadisi”nin aktyoru “Zəfər” yarmarkasında - FOTO

Məşhur “Kurtlar Vadisi” serialının sevilən obrazlarından olan “Güllü” rolunun ifaçısı, aktyor Erhan Ufak Bakıda “YAŞAT” Fondu tərəfindən təşkil edilən “Zəfər” yarmarkasını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, aktyor yarmarkada xatirə fotosu çəkdirib.

“Kurtlar Vadisi”nin aktyoru “Zəfər” yarmarkasında - FOTO

Qeyd edək ki, bu yaxınlarda Erhan Ufakın baş rolu canlandırdığı “Nisan” filminin Bakıda təqdimatı olub. Sözügedən ekran işinin çəkilişləri ölkəmizdə baş tutub. O, eyni zamanda “Sənət Akademiyası”nda da dərs deyir.

Gununsesi.info