
Xalq artisti Mələkxanım Əyyubova və onun rəssam qızı Nəzrin Nəcəfova 18 oktyabr Xudafərinin işğaldan azad olunmasının ildönümü münasibətilə hazırlanan televiziya çəkilişində iştirak edib.
Gununsesi.info xəbər verir ki, sənətçi və qızı Xudafərin körpüsünün qarşısında çəkdirdiyi fotoları İnstaqramda paylaşıb. Xalq artisti qeyd edib ki, Xudafərində çəkilişdə olmaq onun üçün çox yaddaqalan olub:
“İllərdir həsrətində olduğum Xudafərini Allah mənə görməyi nəsib etdi. Bu torpaq uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Qazilərimizə tezliklə sağlamlıqlarını bərpa etmələrini arzu edirəm”.
Gununsesi.info