
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla danışıqlar aparmaq üçün Suriyaya gedib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kurillanın bəzi amerikalı komandirlərlə yanaşı, terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəsmiləri ilə də görüşdüyü bildirilib.
CENTCOM X sosial media platformasında verdiyi açıqlamada, səfərin Suriyadakı hadisələr və İŞİD-ə qarşı əməliyyatla bağlı dəyərləndirmə əldə etmək olduğunu bildirib.
Kurilla Suriyanın şimalında PKK/YPG terror təşkilatının nəzarətində olan Hol düşərgəsini də ziyarət edib.
CENTCOM-un bəyanatında deyilir:
“Beynəlxalq repatriasiya, reabilitasiya və reinteqrasiya səyləri olmadan bu düşərgələr yeni nəsil İŞİD yaratmaq riski daşıyır. Bundan əlavə, 50-dən çox ölkədən 9 mindən çox İŞİD məhbusu saxlanılır. Biz İŞİD üzvlərinin mənşə ölkələrinə köçürülməsi ilə bağlı beynəlxalq ictimaiyyətlə işi davam etdirəcəyik”
Orxan Saffari