Atəşkəsdən sonra Qəzzada 21-i uşaq olmaqla 87 fələstinli öldürülüb

  • By Günel
  • 17 Yanvar 2025 08:40

“HƏMAS” və İsrail arasında atəşkəs razılaşması elan edildikdən sonra “ÇAXAL”ın (İsrail Müdafiə Ordusu – Qedy) Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 21-i uşaq və 25-i qadın olmaqla ən azı 87 fələstinli həlak olub.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusu hazırda Fələstin anklavının cənub və mərkəzi hissələrində reydlər keçirərək, Xan-Yunisə və Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirir.

Xatırladaq ki, artıq İsrail və “HƏMAS” hərəkatı arasında atəşkəs sazişi imzalanıb.

Gununsesi.info