
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp aktyorlar Con Voyt, Silvester Stallone və Mel Gibsonu Hollivudun xüsusi elçiləri təyin edib.
Gununsesi.info -nun “Report” – istinadən məlumatına görə, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.
“Onlar mənim xüsusi nümayəndələrim olaraq son 4 ildə biznesinin böyük hissəsini xarici ölkələrə itirmiş Hollivudun daha böyük, daha yaxşı və güclü olması üçün çalışacaqlar”, – o bildirib.
Tramp bildirib ki, aktyorlar film və televiziya istehsalının mərkəzində onun gözləri və qulaqları olacaq.
ABŞ-nin yeni seçilmiş prezidenti həmçinin onun hakimiyyəti dövründə Hollivudun qızıl dövrünün qayıdacağına əminliyini ifadə edib.