Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
Gununsesi.org-un Unikal.org-a istinadən xəbərinə görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb
Əmrə əsasən, Vüqar Süleymanov Aparat rəhbəri təyin edilib.
O, bundan əvvəl ETSN-də şöbə müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, keçmiş aparat rəhbəri Vüqar Kərimov bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.
COMMENTS