Çinli elm adamları koronavius epidemiyasının biyoloji bir silah olmadığını və təbii yollarla mutasiyaya uğradığını sübut edib.
Gununsesi.org xəbər verir ki, elm adamları koronavirusun laboratoriya şəraitində hazırlanmadığını söyləsə də, siyasətçilər və cəmiyyət arasında virusun mənşəyi mübahisə yaratmağa davam edir.
Çində may ayının 10-unda yayımlanan bir məqaləyə görə, Çinin Şandonq şəhərində Patologiya İnstitutunun direktoru və yeni məqalənin yazarı Veifenq Şi “Koronavirusun ortaya çıxdığı ilk gündən bəri virusun laboratoriyada hazırlandığına dair əsassız iddialar səsləndi. Məqaləmiz virusun vəhşi təbiətdə təbii yolla yarandığını çox açıq göstərir. Bundan başqa məqalədə virusun laboratoriyada hazırlanmadığına dair güclü subutlar da yer alır” deyib.
Gununsesi.org
COMMENTS