İlon Mask oğluna qoyduğu qəribə adla bağlı açıqlama yaydı

İlon Mask oğluna qoyduğu qəribə adla bağlı açıqlama yaydı

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask və sevgilisi Kler Buşe yeni doğulan oğullarının qəribə adının tələffüzünü və mənasını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, “Grimes” ləqəbi altında çıxış edən müğənni Kler Buşe öz tvitter hesabında yeni doğulan körpənin adının mənasını açıqlayıb. Belə ki, “X Æ A-12” adlı körpənin adında ilk hərf olan X – naməlum dəyişən, Æ – Kler Buşenin süni intellekt və sevgi sözü üçün işlətdiyi xüsusi simvol, A-12 – ABŞ-ın bir vaxtlar dünyada ən sürətli kəşfiyyat təyyarəsi olan “Lockheed A-12”, həmçinin A hərfi isə müğənnin ən sevdiyi mahnı “Archangel” mənasına gəldiyi bildirilib.

İlon Mask isə Co Roqanın “Təcrübə” adlı verilişində körpənin adının necə tələffüz olunduğunu açıqlayıb. O bildirib ki, körpənin adı “İks Eş Ey Tvelv” kimi tələffüz olunur. O bildirib ki, bu adın qoyulmasını daha çox sevgilisi Kler Buşe istəyib.

Qeyd edək ki, İ. Mask bu günə qədər 7 dəfə ata olub. Onun bir övladı isə 10 həftəlik ikən həyatını itirib.

 

 

Gununsesi.org

COMMENTS