Koronavirus toy biznesinə ciddi ziyan vurub

Koronavirus toy biznesinə ciddi ziyan vurub

Çində yayılan koronavirus digər ölkələrdə kiçik və orta sahibkarlara ziyan vurur.

Gununsesi.org xəbər verir ki, “Foxnews” agentliyi məlumatına görə, nikaha daxil olan cütlüklər Çindən gətirilən gəlinlikləri istifadə etməkdən imtina edirlər.

Kaliforniya ştatında gəlinlik mağazasının sahibi Anjela Jourdan Çindən parça, ipək, gəlinlik və toya aid digər əşyaları gətirə bilmədikləri üçün biznesində durğunluq yarandığını bildirib.

“Çinlə ticarət əlaqələrimiz bərpa olunmasa, sahibkar kimi fəaliyyət göstərməyimiz mümkün olmayacaq”, – deyə A.Jourdan vurğulayıb.

Gununsesi.org

COMMENTS