Fevralın 9-da Gəncə şəhərində itkin düşən ana və iki azyaşlı uşağı tapılıb.
Gununsesi.org-un verdiyi xəbərə görə, şəhər sakini, 1995-ci il təvəllüdlü İsmayılova Bənövşə Bəxtiyar qızı və onun övladları – 2013-cü il təvəllüdlü Yağmur, 2015-ci təvəllüdlü Nizami fevralın 9-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıblar.
Gəncə ŞBPİ əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində ana və övladları 3 gün sonra şəhər ərazisində tapılıb və ailəsinə təhvil veriliblər.
Qadın həyat yoldaşı ilə birgə yaşamaq istəmədiyi üçün evdən getdiyini deyib.
COMMENTS