Tanınmış vəkil Elçin Sadıqov Avropa İnsan Hüquqları məhkəməsində Azərbaycan hökümətinə qalib gəlib.
Gununsesi.org Elçin Sadıqovun sevinclə paylaşdığı həmin yazını sizə təqdim edir:
“Avropa İnsan Hüquqları Məhkəməsində möhtşəm qələbəm!
Məhkəmə Konvensiyanın 3-cü maddəsinin maddi pozuntusunu tanıdı. Dedi ki, Qiyas İbrahimov və Bayram Məmmədov polis tərəfindən işgəncəyə məruz qalıb.
Konvensiyanın 3-cü maddəsinin prosedur pozuntusunu tanıdı. Qərar verdi ki, Azərbaycan Höküməti Ərizəçilərə verilmiş işgəncələri araşdırmayıb.
Konvensiyanın 5-ci maddəsinin 1-ci, 3-cü və 4-cü bəndlərinin pozuntusunu tanıdı.
Konvensiyanın şəxsi həyata müdaxiləni qadağan edən 8-ci maddəsinin pozuntusunu tanıdı.
İlk dəfə məhkəməyə qədər prosedur zamanı həbsin, axtarışın, işgəncənin Ərizəçilərin ifadə azadlığına görə edildiyini tanıdı və dedi ki, Konvensiyanın 10-cu maddəsi pozulub.
Ən sonda Məhkəmə Konvensiyanın 18-ci maddəsinin pozuntusunun olduğunu bir daha dedi. Bildirdi ki, insanları siyasi və pis məqsədlərlə həbs etmək, onlara işgəncə vermək olmaz.
Özümü, Qiyas İbrahimovu, Bayram Məmmədovu və Azərbaycan Xalqını təbrik edirəm. Xalqı ona görə təbrik edirəm ki, bu qərardan sonra polisin və məhkəmələrin eyni hala yol verməsinin azalacağı ümidindəyəm.”
COMMENTS